21 Sentyabr 2024, Şənbə
“Neftçi” "Qarabağ"la bacarmadı
Həyəcan, qorxu, yoxsa paxıllıq?
Millimiz Çexiyaya məğlub oldu
Qara Qarayev “Neftçi”dən getdi

Digər idman növləri

“Bakı” klubunun açıq birinciliyi keçirildi

28 may Müstəqillik günü, Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Bakı” klubunun açıq birinciliyi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, tədbir Start İdman və Əyləncə Mərkəzində baş tutub.

“Bakı” klubunun açıq birinciliyi dövlət himninin səslənməsi ilə başlayıb. Ardınca ilk olaraq “Bakı” İdman Klubunun vitse-prezidenti Zəka İbrahimov çıxış edib. Qonaqları salamlayan İbrahimov “Bakı” klubunun təkcə futbolumuzun deyil, digər idman növlərinin də inkişafına dəstək olduğunu vurğulayıb. Ölkədə idmana dövlət səviyyəsində qayğı göstərildiyini vurğulayan Zəka İbrahimov qeyd edib ki, təmsil etdiyi klub gənclərin peşəkar idmançı kimi yetişməsinə, daim Azərbaycan bayrağının ucalmasına xüsusi diqqət ayırır. “Bakı” rəsmisi gələcəkdə bu cür yarışların ənənəvi hal alacağını vurğulayıb. Sonda yarış iştirakçılarına uğurlar arzulayan İbrahimov sözü Azərbaycan Free Fighting İdman Klubunun direktoru Rasim Eyvazova verib. R. Eyvazov yarışın təşkilinə görə “Bakı” klubuna minnətdarlıq arzulayıb. O qeyd edib ki, bu cür turnirin keçirilməsi gənclərin gələcəkdə peşəkar idmançı kimi püxtələşməsinə böyük təsir göstərir.

Daha sonra yarışlara start verilib.

Qeyd edək ki, boks, seybukay karate, rinq fayt (ring fight), ful fayt (ful fight) və super fayt (super fight) növləri üzrə ümumilikdə açıq birincilikdə 25 yarış baş tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30