9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Prezident İlham Əliyev Marius Vizeri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizeri qəbul edib. Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib.

Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb, ölkənin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.

Vizer Bakıdakı "Böyük dəbilqə”nin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən İJF prezidenti ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən də danışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30