8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Prezident İlham Əliyev Bakıda keçiriləcək Şahmat Olimpiadası ilə bağlı sərəncam imzaladı

Aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, Sərəncama əsasən, həmin şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, Beynəlxalq Şahmat Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.

Göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Sərəncamda, həmçinin ölkəmizə gələcək şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək, viza prosedurlarının sadələşdirilməsi barədə aidiyyəti beynəlxalq qurumlara, xarici ölkələrin müvafiq orqanlarına, Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərini məlumatlandırmaq, viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə Maliyyə və Xarici İşlər nazirliklərinə, Dövlət Miqrasiya Xidmətinə tapşırıqlar verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30