8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Boksçumuz ermənini diz çökdürdü

Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində beşinci lisenziyasını qazanıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, Yana Alekseyevna (60 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayorun (64 kq) və Məhəmmədrəsul Məcidovdan (+91 kq) sonra Abdulqadir Abdulayev (91 kq) də Rioya vəsiqəyə sahib olub.

O, bu nəticəni turnirin bürünc medalını qazanaraq əldə edib. Təmsilçimiz Avropa Oyunlarının gümüş mükafatçısı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyana qalib gəlib.

Döyüş təmsilçimizin 2:1 (30:27, 30:27, 27:30) hesablı üstünlüyü ilə nəticələnib.

Xatırladaq ki, Bakıda keçirilən Avropa Oyunlarında finalda qarşılaşmalı olan rəqiblər Manukyanın zədəsi ucbatından görüşə bilməmişdilər. Abdulqadir döyüşə çıxmadan çempion, ukraynalı isə gümüş mükafatçı olmuşdu.

Təmsilçimiz bu dəfə də erməni rəqibindən üstün olduğunu sübut edib.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 40-a, Rioya yollanacaq idmançılarımızın sayı isə 41-ə çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30