29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Qoşunlarınız erməniləri geri çəkilməyə məcbur edibsə, deməli, onlara belə lazımdır”

Gürcüstanın ən güclü avarçəkəni, 23 yaşadək kanoeçilər arasında dünya çempionatının bürünc mükafatçısı Zaza Nadiradze Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin başlamasından Mingəçevirdə təlim-məşq toplanışında olduğu vaxt xəbər tutub. Futbolxeber.az saytının məlumatına görə, gənc idmançı "Report"a açıqlamasında Azərbaycan tərəfinin münaqişədə haqlı tərəf olduğunu bildirib.

O deyib ki, Dağlıq Qarabağın tarixçəsindən məlumatlıdır: "Müharibə başlayıb? Bu, yaxşı xəbər deyil. Qoşunlarınız erməniləri geri çəkilməyə məcbur edibsə, deməli, onlara belə lazımdır. Əlbəttə, bu münaqişədən xəbərdaram. Bir gürcüstanlı kimi tarixçəsini bilirəm. Bizi öyrədiblər. Bilirik ki, Qarabağ sizin ərazi, sizin torpağınızdır".

Bununla belə, Z.Nadiradze Ermənistanın Rusiya tərəfindən dəstəkləndiyini də əlavə edib: "Erməninin "krışa"sı var. Bu, Rusiya Federasiyasıdır. Rusiya Qarabağda müharibə başlada bilər. Müharibə nəticəsində siz torpağınızı aldıqdan sonra deyəcəklər ki, ermənilər bizim dostlarımızdır, nəyə görə onları öldürürsünüz? Sonra da Gürcüstanda olduğu kimi, öz qoşunlarını münaqişəyə cəlb edəcəklər. Biz də Tsxinvalidə öz torpaqlarımıza daxil olmuşduq. Ruslar isə "Hara girirsiniz, bunlar bizim dostlarımızdır" dedilər. Beləliklə, Gürcüstanla Rusiya arasında müharibə başladı".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31