9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

"Baku Fires"ın Puerto Riko klubuna qarşı heyəti açıqlanıb

Azərbaycanı WSB (Ümumdünya Boks Seriyasında) Liqasında təmsil edən "Baku Fires" klubu fevralın 19-da 3-cü görüşünə çıxacaq. "Report"un məlumatına görə, ölkə təmsilçisinin rəqibi "Puerto Rico Hurricanes" klubu olacaq.

Artıq komandaların heyətləri açıqlanıb. Bu dəfə "Baku Fires"ın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fress ilə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilmiş qitə çempionatında 6-cı yeri tutub.

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Heybətulla Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB Liqasında debüt edəcək. Bu görüşdə H.Hacıəliyev favorit sayılır.

Nikolay Veselovla üz-üzə gələcək Kristian Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa Oyunlarında Xaybulla Musalova uduzub. Bu, cari mövsümdə Veselovun ilk döyüşü olacaq.

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda "Astana Arlans"ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.

49 kq. Rəsul Saliyev - Antoni Ortis

56 kq. Yaraş Məhəmmədov - Edqardo Rolon

64 kq. Heybətulla Hacıəliyev - Jan Rivera

75 kq. Nikolay Veselov - Kristian Mbilli

91 kq. Abdulqadir Abdullayev - Roman Fress

2 turdan sonra Puerto Riko təmsilçisi qrupda sonuncu yeri tutur. "Baku Fires" isə D qrupunda 2-ci pillədədir. Qonaq komandanın ötən tur "Astana Arlans"la görüşü təxirə salınıb.

1. "Uzbek Tigers" - 4 xal (2 görüş, qələbə sayı 7-3)

2. "Baku Fires" - 3 xal (2, 4-6)

3. "Astana Arlans" - 3 xal (1, 4-1)

4. "Puerto Rico Hurricanes" - 0 (1, 0-5).

Qeyd edək ki, Boks Mərkəzində keçiriləcək döyüş saat 19:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30