28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Bakıdakı Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilmə səbəbi açıqlanıb

Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi açıqlanıb. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, FİDE-nin mətbuat xidməti vaxt dəyişikliyini sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqələndirib.

Açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərslərin başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı şəhər icra hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının öncə də 17 - 30 sentyabrda keçirilməsi nəzərdə tutulurdu. Yeni qərara əsasən, Olimpiada 1 - 14 sentyabrda, Konqres isə 4-14 sentyabrda baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31