Digər idman növləri
Bizim çempion YAZI
2004-cü ilin sentyabrında ilk dəfə “525-ci qəzet”in redaksiyasına yollanmışdım. Mənim üçün gələcəkdə doğma məkana çevriləcək həmin redaksiyada ilk tanıdığım adamlardan biri qəzetin redaktoru Aydın Bağırov oldu. Ən çox diqqətimi çəkən isə Aydının oturduğu yerdə, başının üstündəki şəkil idi. İlk baxışdan tanımamaq qeyri-mümkün idi. Bu, Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədovun şəkli idi. O vaxt Fariz haqda geniş məlumatım yox idi. Yalnız Azərbaycanın ilk peşəkar boksçusu olduğunu bilirdim. Bir də ara-sıra, keçirdiyi döyüşlərin nəticələrindən qəzet vasitəsi ilə xəbər tuturdum. Qismət elə gətirdi ki, bir neçə ay sonra, daha da dəqiqləşdirsək, 2005-ci ilin yanvarında Fariz Məmmədov həbs olundu. Təbii ki, bu xəbəri ilk dəfə eşidəndə hər kəs şoka düşmüşdü. “Tanınmış boksçu niyə həbs olundu”, “Həqiqətənmi günahkar idi”, “Onun haqqında deyilənlərin nə qədəri düzgün idi” və s. və i.a. İndi bütün bunları müzakirə etməyin heç bir mənası yoxdu. Fakt budur ki, Fariz bəlkə də həyatının ən vacib illərini dəmir barmaqlıqlar arasında keçirdi...
Həbsxanadan fərqli olaraq, adi həyatda vaxt tez keçir. 7 il ötdü və Fariz 2012-ci ilin yanvarında həbsxanadan çıxdı. Yaddaşım məni yanıltmırsa, ilk dəfə Farizi real həyatda elə “525”in redaksiyasında görmüşdüm. Həmin vaxt mən də daxil olmaqla hamını eyni suallar maraqlanırdı: “Görəsən, o yenidən böyük idmana qayıdacaqmı”, “Əvvəlki Farizi illər sonra yenidən görə biləcəyikmi”...
O, qayıtdı. Həbsxanadan çıxdıqdan az sonra bəlkə də həyatının ən vacib döyüşünə çıxdı. 2012-ci ilin mayında Almaniyada erməni Jeqise Tomasyanla döyüşdü və rəqibini dördüncü raundda nokauta göndərdi. Bu, əsl “kambək”, davam, ya tamam anı idi. Uduzsaydı, bəlkə də Fariz bir daha rinqə çıxmayacaqdı. Amma o, inanılmazı bacardı və əsl çempion olduğunu hamıya sübut etdi. Bəli, Fariz əsl çempiondu. Müsahibələrinin birində bu haqda deyib: “Mən həbsdə olanda dustaq olmağımla razılaşmırdım. Ancaq fikirləşirdim ki, mən çempionam. Orada rəislər mənə deyirdilər ki, vaxt var idi, biz sənə ayaqüstə əl çalırdıq. Mən onlara söz verdim ki, yenidən çıxıb sizə qələbə bəxş edəcəm. Amma onlar inanmırdılar”...
Təkcə onlar yox, çoxları inanmırdı Farizə. Çünki 7 il dəmir barmaqlıqlar arasında olan birinin yenidən böyük idmana, özü də peşəkar boks kimi çətin bir sahəyə qayıdacağı real görünmürdü. Amma o, bunu bacardı. Fariz 12 yaşında müharibədə iştirak edəcək qədər böyük ürəyə, iradəyə, gücə malikdisə dəmir barmaqlıqlar arasında keçən 7 il onu zəiflədə bilməzdi...
Geridə qalan illər Farizi mənə daha yaxından tanıtdı. Vaxt var idi o mənim üçün yalnız adını qəzetlərdən oxuduğum Azərbaycanın ilk peşəkar boksçusuydusa, son illərdə Farizdən dəfələrlə müsahibə aldım, məşqlərini izlədim və ən nahəyət bir neçə gün əvvəl son döyüşünə də baxdım. Yəqin ki, həmin döyüşü canlı izləyənlər uzun müddət o gecəni unutmayacaqlar. Farizin rinqə gəlişi fantastik idi. “Bayatı Şiraz” və Tacir Şahmalıoğlunun möhtəşəm ifası. O cür gəlişdən sonra uduzmaq günah olardı. Dördüncü, beşinci raundlarda bizi bir qədər həyəcanlandırsa da, səkkizinci raundda möhtəşəm sonluğa şahidlik etdik. Bu da özünün dediyi kimi 15 illik həsrətin sonu. Azərbaycanın ilk peşəkar boksçusu kimi adını tarixə yazdıran Fariz, həm də peşəkar boksdakı ilk dünya çempionumuz oldu.
Son döyüşündən bir neçə gün əvvəl jurnalistlərlə görüşündə “Fevralın 6-da mən rinqdə hər bir azərbaycanlının adından vuruşacağam. Həyatım boyu olmayan gücümü, bütün varlığımı ortaya qoyacağam. Geriyə yol yoxdu" demişdi.
Çox sağ ol, Fariz. Sağ ol ki, fevralın 6-da bizi sevindirdin. Sağ ol ki, səni dəstəkləmək üçün zala gələnləri evə gülərüz yola saldın. Sağ ol ki, varsan. Bu illər ərzində biz daim sənə inandıq. Sağ ol ki, bu inamı heç vaxt boşa çıxarmadın... Sən bizim çempionsan və daim belə olaraq da qalacaqsan. Sən həm də vaxtında, əsl çempion kimi getdin.
İBRAHİM
P. S. Həmkarım Elçin Cəlilovun da dediyi kimi, heyf o 7 ildən. Həmin 7 ili sən həbsxanada deyil, rinqdə keçirsəydin, kim bilir daha hansı zirvələri fəth edəcəkdin...
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi