9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Sadıq Sadıqov polislərimizin göstərdiyi qəhrəmanlıqdan söhbət açdı

Ötən gün Nardaranda həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev bu gün ikinci Fəxri Xiyabanda torpağa tapşırılıblar. Futbolxeber.az-ın məlumatına görə, "Neftçi İdman Klubu”nun kollektivi qəhrəmancasına həlak olmuş polislərimizin məzarlarını ziyarət edib. Mərhumların qəbirləri üzərinə əklil qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov polislərimizin göstərdiyi qəhrəmanlıqdan söhbət açaraq, onların Azərbaycanın tarixinə düşdüklərini və hər bir ölkə vətəndaşının xatirəsində əbədi yaşayacaqlarını qeyd edib.

Qeyd edək ki, Vüqar Nəsibov və İsmayıl Tağıyev noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki polis əməkdaşını ölümündən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Qeyd edək ki, kikboksinq üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Vüqar Nəsibov "Neftçi İdman Klubu”nun kikboksinq üzrə məşqçi-müəllimi idi.

Allah rəhmət eləsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30