29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycan Çin Qran-Prisində daha bir medal qazandı

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub. Futbolxeber.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazanıb. Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van Tiçelti məğlubiyyətə uğradan Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalı qazanıb.

Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Çin Qran-Prisində yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal,  Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31