9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Çin Qran-prisinin ilk günü: Azərbaycan cüdoçuları 2 qızıl medal qazandılar

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, turnirin ilk günündə Azərbaycan milli komandasının 3 üzvü mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov mübarizəyə ikinci raunddan qoşulub. Argentinalı Ernan Birbrieranı məğlub edən cüdoçumuz 1/4 finalda komanda yoldaşı, bolqarıstanlı Yanislav Qerçev və rusiyalı Dmitri Kulikova qalib gələn İlqar Müşkiyevlə qarşılaşıb. Azərbaycan duelindən Müşkiyev qalib çıxıb. Yarımfinalda da uğurlu çıxışını davam etdirən idmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Hollandiya təmsilçisi Jeron Murenə qalib gələn Müşkiyev qızıl medala sahib olub.

Orxan Səfərov isə təsəlliverici görüşdə fransız Valid Hyara məğlub olaraq mübarizəni dayandırıb.

66 kq çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Nicat Şıxəlizadə də mübarizəyə ikinci mərhələdən qoşulub. O, ilk olaraq Monqolustan cüdoçusu Barqetalo Batseseqə qalib gəlib. Daha sonra almaniyalı Rene Şneyderi məğlub edən idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə Yaponiya təmsilçisi Kenqo Takaiçi üzərində qələbə qazanan Nicat finalda daha inamlı çıxış edib. Onun monqolustanlı idmançı Tumurxuleq Davadorj üzərində “ippon” fəndi ilə qələbə qazanması üçün cəmi 45 saniyə kifayət edib.

Bununla da Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışının ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası aktivinə 2 qızıl medal yazdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30