Digər idman növləri
“Azərbaycanda cüdoya yeni yanaşma tərzi var”
“Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən Azərbaycan Cüdo Federasiyasında yeniliklər baş verib. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev federasiyanın prezidenti, Sadıq Sadıqov və Elnur Məmmədli vitse-prezidentlər seçiləndən sonra, İcraiyyə Komitəsinin üzvləri və məşqçilər korpusunda da dəyişikliklər oldu. İlk növbədə cüdo idman növü üzrə yaxın və uzaq hədəflər müəyyənləşdirildi və tədbirlər planı hazırlandı”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri “SİA”ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, cüdo olimpiya növü olduğuna görə, idmançılarımızın qarşısına növbəti ildə keçiriləcək Rio Olimpiadasına maksimal sayda lizsenziyalar qazanmaq məqsədi qoyulub: “Bu məqsədə çatmaq üçün federasiya da müəyyən işlər həyata keçirir. Azərbaycanda cüdo idman növünə yeni yanaşma tərzi var. Baş məşqçi dəyişikliyindən sonra yığma komandamıza yeni ab-hava gəlib. Təlim-məşq toplanışları və məşqlər zamanı texniki-taktiki hazırlıq gücləndirilib. Millimiz son müddətdə bir çox lisenziya xarakterli yarışlara ezam olunur. Bu yaxınlarda BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən növbəti lisenziya xarakterli yarışda da idmançılarımız lisenziya əmsallarını yaxşılaşdırdılar. Eyni zamanda, Cənubi Koreya, Monqolustan, Qazaxıstan, Çin, Afrika və Avstraliyada bir çox yarışlara nümayəndə heyətimizin ezamiyyəsi nəzərdə tutulub. Hədəf ağır çəki dərəcələrində də idmançılarımızın reytinq əmsallarını yaxşılaşdırmaqdır. Yığmamızın 2, 3, 4-cü nömrələrinin ayrı-ayrı yaş qruplarında və çəki dərəcələrində sparrinq-rəqib qismində hazırlanması üçün yarış təcrübəsinin artırılması da nəzərdə tutulub”.
Federasiya rəsmisi bildirib ki, milli komandamız vitaminizasiya, avadanlq, ekipirovka və geyim ləvazimatları ilə təmin olunub. Onun sözlərinə görə, tibbi müayinə və tibbi bərpa işləri ilə əlaqədar olaraq xüsusi qrup dəvət olunub və bu sahədə təcrübəli həkim briqadası işlərə başlayıb.
“Bu gün həm KİV ilə iş, həm rəsmi sayt və loqonun yenilənməsi, həm də “online” rejimdə Dünya və Avropa Cüdo Federasiyaları ilə işlərin gücləndirilməsi istiqamətində əməli işlər həyata keçirilir. Hakimlər korpusunda gənc nəslin formalaşdırılması, hakimlik dərəcələri və idman ustası normativlərini müəyyənləşdirmək üçün tədbirlərin təşkili istiqamətində rəhbərlik tərəfindən xüsusi tapşırıq verilib”- deyə, R. Abbasov əlavə edib.
Onun sözlərinə görə, cüdo idman növündə statistikanı əks etdirən bazanın yaradılması nəzərdə tutulub. Federasiya rəsmisi rəhbərliyin mütəmadi olaraq idmançılarla görüşdüyünü, onların xahişlərini nəzərə aldığını və bütün məqamlara xüsusi diqqət göstərdiyini deyib. O, cüdoçularımızın uğurlu çıxışlarla xalqımızı sevindirəcəyinə əminliyini ifadə edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- Mövsümün bəxtsizi - “Səbail”
-
18:49
Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
-
17:18
"Şamaxı" daha bir futbolçu ilə vidlaşdı
-
16:23
"Zirə" onlarla yollarını ayırdı
-
15:52
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
-
15:36
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib
-
13:07
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı