8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

İlham Zəkiyev Əbu-Dabidə

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilir və Azərbaycanın gənclərdən ibarət yığma komandası da bu yarışda iştirak edir. Futbolxeber.az-a cüdo federasiyasından verilən məlumata görə, “Neftçi İdman Klubu”nun paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordenli, “Tərəqqi” medal sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq “Qızıl çinar” mükafatının laureatı İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Əbu-Dabiyə dəvət olunub. Zəkiyev və digər təmsilçisimiz, Azərbaycanın paralimpiyaçı cüdoçularından ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər.

Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30