29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Federasiya Kubokunun qalibləri müəyyənləşib

Respublika Velotrekində çoxgünlük ötüşmələr üzrə Federasiya Kuboku yarışı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 3 gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.

Reqlamentə əsasən, qaliblər iştirakçıların 3 yarış günü ərzində göstərdiyi nəticələr əsasında müəyyənləşib. 15 və 17 yaşa qədər velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov müvafiq olaraq 23 və 24 xalla Federasiya Kubokunun qalibi adını qazanıblar.

Elit, U-23 və gənclər kateqoriyasında isə "Lokomotiv" klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31