8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Növbəti dünya çempionatı Hamburqda olacaq

AIBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Futbolxeber.az-ın Boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti dünya çempionatının 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib: "Dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini irəli sürmüşdü. Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq". Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərara sevindiklərini bildirib: Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir". Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30