Digər idman növləri
Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə birinci iclası keçirilib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib.
İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlət başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb. Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzaladığını deyən prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirib. Qeyd edib ki, Mehriban Əliyeva həm “Eurovision”, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlət başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğulayıb.
“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır” deyən prezident İlham Əliyev Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə görüblər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi olublar. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirib, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb.
IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva isə göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Əmin olduğunu bildirib ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söyləyib. 2013-cü ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən tarixi qərarı xatırladan Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat verib.
Təşkilat Komitəsinin sədri bildirib ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırıb.
Mehriban Əliyeva bildirib ki, qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını deyən M. Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.
Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırıb.
İclasa yekun vuran prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirib. Dövlət başçısı oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirdi, təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, Oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd edib. Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini vurğulayan dövlət başçısı qonaqlara zəngin və qədim mədəniyyətimizin təqdim olunmasının vacibliyini də bildirib.
Sonda prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi