9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Bakı-2015 I Avropa Oyunlarını nə qədər insan izləyib?

"Bakı 2015" I Avropa Oyunlarının dünyada 1,7 milyard tamaşaçı auditoriyası olub. "Report"un məlumatına görə, bunu Avropa Olimpiya Komitəsi (EOC) bəyan edib.

Rəsmi açıqlamada bildirilir ki, Oyunları 145 ölkədə 832 milyon evdən izlənilib. Yayımı isə Avropanın 38, digər qitələrin 53 telestansiyası həyata keçirib. Beynəlxalq Yayım Birliyi 12 - 28 iyun aralığında 1000 saatlıq canlı yayım həyata keçirib.

EOC prezidenti Patrik Hikki bildirib ki, bu rəqəmlər ilk Avropa Oyunlarının qitə və dünyanın idman həvəskarları arasında böyük populyarlığını bir daha nümayiş etdirir: "Oyunlar zamanı dərhal anladıq ki, mötəbər idman yarışı televiziya tamaşaçıları arasında ümid etdiyimizdən də çox populyarlıq qazanıb. Neçə-neçə yayımçı əvvəlcədən razılaşdırıldığından da çox yayım həyata keçirmək xahişi ilə bizə bir daha müraciət etdi. Bu rəqəmlər həm də 2019-cu il II Avropa Oyunlarının təşkilatçılarına daha çox yayım və kommersiya müqavilələri bağlamaq imkanı verəcək".

"Bakı 2015"in yayımı "Sportel TV"nin ən yaxşı canlı yayım kateqoriyasında 3 namizəddən biri kimi tanınıb. P.Hikki bunu da sevindirici hal kimi dəyərləndirib. O, I Avropa Oyunlarının yüksək keyfiyyətlə yayımlandığını və çox cəlbedici idman məhsulu olmasını sübuta yetirdiyini vurğulayıb.        




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30