29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycan millisi Avropa çempionu oldu

“Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatı başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, yarışın həlledici oyununda meydana Azərbaycan və Almaniya komandalaları çıxıb. Gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunda qalib son dəqiqələrdə məlum olub. Belə ki, görüşün başa çatmasına az qalmış 5:4 hesabı ilə geridə olan Azərbaycan poloçuları toparlanaraq qısa vaxt ərzində rəqib qapısından 2 top keçirməyi bacarıblar. Bununla da millimiz qitə birinciliyinin finalında 6:5 hesabı ilə qalib gələrək Avropa çempionu adına sahib çıxıb.

Üçüncü yer uğrunda İspaniya və İrlandiya komandaları üz üzə gəliblər. Görüşdə İrlandiya poloçuları 4.5 - 4 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olublar. İsveçrə seçməsi isə İtaliya komandasını 7-5 udaraq Avropa çempionatını 5-ci yerdə başa vurub.

Azərbaycan seçməsinin heyəti:

Elçin Camallı

Tərlan Qurbanəliyev

Silvestre Qarros

Rəşad Hasanov

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31