8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Qədir Hüseynov: “Evdə oynamaq çətindi”

“Partiya mənim üçün heç də asan olmadı. Çox çətin vəziyyət yaranmışdı. Amma sonda hər şey uğurlu alındı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri şahmatçımız Qədir Hüseynov deyib.

Bakıda keçirilən Dünya Kubokundakı ilk görüşündə rusiyalı Maksim Matlakovu üstələyən təmsilçimiz evdə oynamağın həm müsbət, həm də mənfi tərəflərindən söz açıb: “Evdə oynamaq çətindi. Çünki hamı səndən yaxşı nəticə gözləyır. Üstün tərəfi isə odur ki, heç yana səfər etmirsən, yorğunluq olmur. Evdə oynayırsan”.

Hüseynov gələn il Bakıda keçiriləcək şahmat olimpiadasında medal qazanmağa çalışacaqlarını qeyd edib: “Azərbaycan yığması son Avropa çempionatlarında uğurla çıxış edir. Amma olimpiadada hələ ki medal qazana bilməmişik. Bu dəfə əlimizdən gələni edəcəyik ki, medal qazanaq”.

“Əvvəlki dünya kubokunda Şəhriyar Məmmədyarov Maksim Matlakovla qarşılaşmışdı. Bu oyuna hazırlaşmaq üçün o sənə hansı köməklik göstərdi” sualını şahmatçımız belə cavablandırıb: “Yox. Bu, fərdi yarışdı. Ona görə də hamı özü yarışa hazırlaşıb”.

 


foto: Lana Əfəndiyeva


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30