29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Velosipedçimiz Ukraynada çempion oldu

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna" Qran-Prisinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında Azərbaycan yığma komandası 1 qızıl və 3 gümüş medal qazanıb.

Qızıl medal 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenkonun aktivindədir. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.

Digər gümüş medala isə Yelena Pavluxina yiyələnib - o, 10 km məsafəyə skretç yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31