29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Qəbələdə Dünya Kubokunun açılış mərasimi keçirilib

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Heydər Əliyev adına Konqres Mərkəzində baş tutan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan və baş katibi Frans Şrayber, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Hafiz Cəfərov tədbirdə çıxış ediblər. Çıxışlar zamanı yarışın ölkəmiz üçün əhəmiyyəti vurğulanıb, Azərbaycanın böyük yarışların, o cümlədən Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsini qeyd olunub. Açılış mərasimində o da vurğulanıb ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı və nümayəndə iştirak edir. Ardınca Oleqario Vaskes Ranyan yarışların rəsmi açılışını elan edib və beynəlxalq federasiyanın himni səsləndirilib. Rəsmi hissənin ardından mərasim konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Dünya Kuboku uğrunda yarışların əvvəlki 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada baş tutub. Bu yarışlarda daha çox xal toplayaraq dünya reytinqində yüksək yer tutan idmançılar Qəbələdə keçirilən final mərhələsində qüvvəsini sınamaq şansı qazanıblar. Avqustun 8-dən 16-dək keçiriləcək həlledici Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvimində Avropa və Dünya çempionatından sonra ən nüfuzlu yarış sayılır. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək final mərhələsində 17 növdə olimpiya lisenziyaları sahibini tapacaq. İdmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün ümumilikdə 34 lisenziya uğrunda mübarizə aparacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31