29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Güləşçimiz ermənini diz çökdürüb, Avropa çempionu oldu

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.

Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Bir dəqiqə ərzində rəqibini böyük hesablı məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.

Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31