8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

İsmayıllıda "Məktəbli Kuboku" yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda "Məktəbli Kuboku" yarışı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda rayonun bütün məktəblərini təmsil edən və hər birinin tərkibində 4 velosipedçi olan 40 komanda mübarizə aparıb.

Reqlamentə görə, kollektivlər Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə 1 km-lik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, İsmayıllı Olimpiya İdman Kompleksinin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı orta məktəbin komandası gümüş, 1 saylı orta məktəbin kollektivi isə bürünc medal əldə edib.

Mükafata layiq yerlər tutmuş komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Qeyd edək ki, ötən ilin dekabrından etibarən müxtəlif rayonlarda keçirilən "Məktəbli Kuboku" turnirləri bu ilin payızında təşkili planlaşdırılan ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30