10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

İtaliya mətbuatı: “Bakı tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürurlanır”

İtaliyanın “Life marche” saytında Azərbaycanın ilk Avropa Oyunlarına möhtəşəm ev sahibliyindən bəhs edən yazı yerləşdirilib. Futbolxeber.az-ın məlumatına görə, yazıda vurğulanır ki, hər bir ölkənin inkişaf səviyyəsini onun paytaxtının dinamik tərəqqisindən müşahidə etmək mümkündür. Belə şəhərlərdən biri də Bakıdır. Son zamanlar bu şəhər turistləri cəlb edən önəmli məkanlardan birinə çevrilib. Azərbaycanın iqtisadi inkişafı şəhərin hər bir nöqtəsində özünü göstərir.

Müəllif yazır: “Bakı gələcək deməkdir. Bu, öz qədim tarixinin özəlliklərini dəyişdirmədən, xalqın rifahını yüksəldərək və ölkənin böyük iqtisadi qüdrətini əks etdirərək qeyri-adi nəhəng bir meqapolisə çevrilən bir şəhərin gələcəyidir. Çox adam Bakını Dubaya bənzədir. Lakin mən deyərdim ki, Bakı müasir xüsusiyyətləri ilə yanaşı, özündə qədimliyin izlərini daşımaqla daha fərqli təəssürat yaradır”.

Məqalədə qeyd olunur ki, bu gün Bakı tarixdə ilk dəfə keçirilmiş Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürurlanır. Bu yarışların Olimpiya Oyunlarından heç bir fərqi olmadı. Tədbiri möhtəşəm təşkil etməklə Azərbaycan bütün dünyanın diqqətini bir daha Qafqaza, Xəzərin sahilinə yönəltdi. Bu şəhər digər mötəbər tədbirlərə də ev sahibliyi edib və gələcəkdə də etməsi nəzərdə tutulub. Bakıda müasirliklə qədimlik arasındakı incə xətt ustalıqla müəyyən edilir. Bakı indi ən sehrli və möcüzəvi anlarını yaşayır.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30