29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Avstriyalı atlet: “Bakını hər zaman xatırlayacağam”

“Bakı-2015” ilk Avropa Oyunlarının qızıl və gümüş medalçısı, avstriyalı üzgüçü Karoline Pilhaç yarışların yüksək səviyyədə təşkil edildiyini deyib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, o, Avropa Oyunlarında əldə etdiyi nəticələrdən razı qaldığını bildirib: “Heç gözləməzdim ki, vətənimə bir qızıl və bir gümüş medalla qayıda biləcəyəm. Yarışlar mənim üçün çox uğurlu keçdi. Üzgüçülük yarışlarının keçirildiyi idman arenası və ümumi ab-hava möhtəşəm idi. Bakını hər zaman xatırlayacağam”.

Avstriyanın Ştiriya əyalətindən olan 16 yaşlı Karoline Pilhaç “Bakı-2015”də 50 metr arxa üstə üzgüçülük yarışlarında qızıl, 50 metr baterflyat yarışlarında isə gümüş medal qazanıb. Bununla da o, öz idman karyerasında ən yüksək nəticələri göstərməklə yanaşı, iki medalla Avstriya komandasının ən məhsuldar atleti olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31