29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Bakı-2015” ilk Avropa Oyunları mükəmməl şəkildə təşkil edilmişdi”

“Mükəmməl şəkildə təşkil edilən “Bakı-2015” ilk Avropa Oyunları öz möhtəşəmliyini əvvəldən sonadək saxladı. İlk Avropa Oyunları ilə bağlı Azərbaycanın qazandığı mühüm uğur Türkiyə idmançılarının da ən böyük mükafatıdır. Beynəlxalq idman ictimaiyyəti uzun müddət “Bakı-2015” barədə qürurla danışacaq və onun təcrübələrindən bəhrələnəcək”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu fikirləri Türkiyənin Triatlon Federasiyasının prezidenti Hamdi Güneş “Azərtac”a müsahibəsində bildirib.

O deyib ki, rəhbərlik etdiyi təşkilat bu beynəlxalq idman yarışına üç idmançı ilə qatılmışdı. İdmançıların bu Oyunlarda iştirakının Rio Olimpiadası üçün böyük təcrübə olduğunu diqqətə çatdıran H.Güneş deyib: “Federasiyamızın təmsilçiləri yarışların yekununa görə birinci üçlüyə daxil ola bilməsələr də, əldə etdiyimiz nəticələr bizim üçün gözlədiyimizdən daha artıqdır. İdmançılarımızdan ikisi ciddi zədə aldıqları üçün yarışlarda öz imkanlarından tam bəhrələnə bilmədilər”.

Federasiyanın prezidenti qeyd edib ki, Avropa Oyunlarında təşkilati işlərin yüksək peşəkarlıqla qurulması, hava limanında qarşılanmadan başlayan dəqiq hərəkət qrafikinə əməl olunması, Atletlər Kəndinin beynəlxalq standartlara uyğunluğu, idmançıların rahatlığı, düzgün və yüksək səviyyədə qidalanmaları üçün nəzərdə tutulan zəruri təminatın mövcudluğu və s. ilk Avropa Oyunlarından qürur duymağımız üçün əsas amillərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31