29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük imtiyazdır”

Bakıda birinci Avropa Oyunlarının bürünc mükafatçısı, Almaniyadan olan yunan-Roma güləşçisi Ramzin Azizsir “Azərtac”a müsahibəsində Oyunların təşkili barədə yüksək fikirdə olduğunu bildirib. Futbolxeber.az-ın məlumatına görə, o deyib: “Hər şey çox peşəkarcasına təşkil edilmişdi. Həqiqətən təşkilatçılar birinci Avropa Oyunlarının unudulmaz olması üçün çox çalışmışdılar. Ümumiyyətlə, birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük imtiyazdır. Bu imtiyaz da Azərbaycana nəsib olub. Azərbaycan haqlı olaraq bununla fəxr edə bilər”.

İdmançı etiraf edib ki, zəngin Azərbaycan mədəniyyətinin və tarixinin bütöv spektrinin təqdim olunduğu Oyunların açılış və bağlanış mərasimləri onda böyük təəssürat oyadıb.

İdman obyektlərini və Atletlər Kəndini də yüksək qiymətləndirən güləşçi deyib: “Bakı Yay Olimpiya Oyunlarını qəbul etməyə tam hazır vəziyyətdədir. Yeni stadion çox rahat, müasir və yaraşıqlıdır. İdmançıların Atletlər Kəndində yaşayış şəraiti də tam qənaətbəxşdir. Mən heç bir rahatsızlıq hiss etmədim”.

Ramzin Azizsir deyib ki, yarışlara ciddi hazırlaşıb. Amma rəqibləri də çox hazırlıqlı olublar. Buna görə də bürünc medal qazana bilməsindən məmnundur.

Sonda Azərbaycan xalqına firavanlıq və yeni nailiyyətlər arzulayan idmançı deyib: “Könüllülərin fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Çox nəzakətli və daim kömək etməyə hazır idilər. Azərbaycanda yeni dostlar tapdım. Mən mütləq Bakıda qayıdacağam. Həm rinqdə döyüşmək üçün, həm də turist kimi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31