29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

"Synergy Baku" Çində yarışacaq

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edəcək ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir. Bu gün iştirakçı komandaların təqdimat mərasimi keçirilib. Yarışın proqramına əsasən, sabah Sinin şəhərinin küçələrində baş tutacaq ilk mərhələdə iştirakçılar 121 km məsafə qət edəcəklər.

13 mərhələdən ibarət "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31