9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Putin Rusiya yığmasını “Bakı-2015”dəki qələbə münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Bakı-2015 Avropa Oyunlarında birinci yeri tutan Rusiya idmançılarına təbrik məktubu göndərib. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində yaradılmış Azarkeş Evindən APA-ya verilən məlumata görə, təbriki idmançılara Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çatdırıb.

Təbrikdə deyilir:  

“Hörmətli dostlar! Rusiya Birinci Olimpiya Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib olub. Bizim yığmamız ölkə idmanında yeni parlaq səhifə yazıb və çox vacib yüksəkliyi fəth edib. Sizləri təbrik edirəm! Əhsən! 

Yarışlar gərgin keçib. Uğur təkcə şəxsi ustalıqdan yox, psixoloji dayanaqlılıq, komandanın birliyi və iradə gücündən asılı idi. Siz tam mənası ilə bu xüsusiyyətləri nümayiş etdirdiniz. Məşqçilərinizə, sizlərə Bakıdakı yarışlarda layiqincə çıxış etməkdə yardımçı olmuş bütün hər kəsə xüsusi təşəkkürlərini çatdırıram. Sizlər birlikdə sübut etdiniz ki, bizim yığmamızın böyük potensialı və yaxşı ehtiyatları var. Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında Rusiyanın uğurlu iştirakının təminatıdır.

Bir daha sizləri zəfər münasibətilə təbrik edirəm! Sağlamlıq və yeni qələbələr arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30