10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Boksçumuz döyüşlərə yaylıqla çıxmasının sirrini açıqladı

“Bugünkü döyüşüm çox çətin keçdi. Hər birimizin öz taktikası var idi”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına boks üzrə Azərbaycan yığmasının üzvü Yana Alekseyevna deyib.

Bakı-2015 I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Keti Teylora (İrlandiya) məğlub olaraq, bürünc medalla kifayətlənib.

Yana Olimpiya çempionuna məğlubiyyəti belə izah edib: “Atam məşqlər zamanı nə tapşırıqlar verdisə, hamısını yerinə yetirdim. Bu dəfə daha inamlı çıxış etdim. Məğlub olsam da, burda iştirak etməklə böyük şans qazandım və Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına yollar açıldı”.

Döyüşlərə başında yaylıqla çıxan Alekseyevna bunun sirrini də açıqlayıb: “Hər bir xanım idmançı döyüşə talismanla çıxır. Döyüşə çıxdığım yaylıq mənə anam tərəfindən xeyir-dua olunaraq hədiyyə edilib. Bu yaylıqda sanki bir uğur var. Ona görə də rinqə yaylıqsız çıxmıram”.

Boksçumuz hədəfinin Olimpiya Oyunları olduğunu vurğulayıb: “Bundan sonrakı planlarım belədi ki, ilk növbədə istirahət edəcəm. Sonra isə məşqlərimi davam etdirəcəm. Məqsədim odu ki, Braziliyada keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın bayrağını qaldırım. Azərbaycan mənim üçün çox şey edib”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30