9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Bakı-2015”: Rusiyalılar tramplindən suya tullanma yarışlarında 2 qızıl medal qazandılar

Bakı-2015 Avropa Oyunlarında Su İdmanı Sarayında tramplindən suya tullanma yarışları davam edib. Futbolxeber.az-ın məlumatına görə, yarışların ikinci günündə idmançılar bir və üç metr hündürlüyündə tramplinlərdən sinxron tullanma üzrə yarışıblar.

Qadınların bir metr hündürlüyündə tramplindən tullanma yarışında 20 ölkədən 29 idmançı iştirak edib. Atletimiz Olqa Bikovskaya 265.20 balla 27-ci pillədə qərarlaşaraq mübarizədən kənarlaşıb.

Bu yarışda qızıl medal sevincini Mariya Polikova (419.45) yaşayıb. Gümüş medala almaniyalı Stavczynski Louisa (392.20), bürünc medala isə ukraynalı idmançı Diana Şelestyuk (388.45) sahib çıxıb.

Kişilər arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə yarışların final mərhələsində Avstriya, Rusiya, Almaniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Danimarka, Ukrayna, İsveçrə, İtaliya və Bolqarıstan idmançıları mübarizə aparıblar.

Qalib yenə rusiyalı atletlər olub. İliya Molçanov və Nikita Nikolayev cütlüyü 324.69 bal toplayaraq yarışı birinci pillədə başa vurub. Gümüş medalı Böyük Britaniya idmançıları Ceyms Hitli və Ross Haslam (286.05), bürünc medalı isə Almaniya təmsilçiləri Frityof Seydel və Niko Herzoq (284.22) qazanıblar.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30