8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

"Bakı-2015": Radik İsayev Azərbaycana növbəti qızıl medalı qazandırdı (Yenilənib)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvando yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, taekvandoçuların son yarış günündə də 2 təmsilçimiz medal uğrunda mübarizə aparacaq.

Qadınlar

+67 kq

Bu çəkidə ölkəmizi Marina Tedeeva təmsil edir. 21 yaşlı təmsilçimiz 1/8 finalda ukraynalı Marina Koniyeva ilə üz-üzə gəlib. Görüş idmançımız üçün uğursuz alınıb və o, ilk oyundaca məğlub olub. Marina Koniyeva finala yüksələ bilmədiyindən taekvandoçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansından məhrum olub.

Kişilər

+80 kq

Əsas medal ümidlərimizdən olan Radik İsayev mübarizəyə birbaşa 1/4 finaldan qoşulub. Onun rəqibi 1/8 finalda türkiyəli idmançını məğlub edən Jeroen Vanrooij olub. Holland rəqibini məğlub edən İsayev yarımfinala yüksəlib. Yarımfinalda sloveniyalı rəqibini 17:2 hesabı ilə darmadağın edən taekvandoçumuz finala yüksəlib. Həlledici qarşılaşmada da qalib gələn Radik İsayev Azərbaycana Bakı-2015-də növbəti qızıl medalı qazandırıb. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30