8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Bakı-2015”: Olimpiya çempionunun qızı Avropa Oyunlarının qalibi oldu

İyunun 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları keçirilib. Yarışlarda halqa, top, gürz və lent ilə hərəkətlər təqdim olunub. Futbolxeber.az-ın məlumatına görə, yarışların qalibi Rusiya gimnastı Yana Kudryavtseva (76.100) olub. İkinci yeri də onun həmyerlisi Marqarita Mamun (75.650) tutub. Belarus idmançısı Melitina Stanyuta (73.100) bürünc medala sahib olub.

Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.

Qeyd edək ki, dünya və Avropa çempionatlarının qalibi Yana üzgüçülük üzrə Olimpiya çempionu Aleksey Kudryavtsevin qızıdır. O, 1997-ci ildə Moskvada dünyaya gəlib. İdman karyerasına 6 il əvvəl başlayıb. 2014-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük üzrə qızıl medala sahib olub.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30