9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Nazir: “Azərbaycan indiyədək heç vaxt bu qədər medal qazanmamışdı”

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionlarımız Namiq Abdullayevlə Fərid Mansurovun iştirak etdiyi görüşə yarışın VII günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.

MOK rəsmisi qızıl medalçı Milad Beiqi Harçeqani (taekvondo, 80 kq), gümüş mükafatçılar Fəridə Əzizova (taekvondo, 67 kq) və Oleq Stepko (idman gimnastikası), həmçinin bürünc medal qazanan sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədovu (125 kq) mükafatlandırıblar.

Tədbiri açıq elan edən Çingiz Hüseynzadə dünən medal qazanan idmançılarımı təbrik etdikdən sonra sözü Azad Rəhimova verib.

Gənclər və idman naziri bildirib ki, yığmamızın uğurlu çıxışı sevindiricidi: “Sevincimizin həddi-hüdudu yoxdu. Azərbaycan indiyədək heç vaxt bu qədər medal qazanmamışdı. Yığmamız Avropa Oyunlarında yüksək səviyyədə çıxış edir. Komandamızın böyük potensialı var. İnanıram ki, bu uğurların davamı gələcək” (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30