8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azad Rəhimov: “İstəmərəm ki, siyasət idman qarışsın”

“Yarışlar gərgin keçir. Hazırda yığmamız 19 medalla 2-ci yerdədi”. Futbolxeber.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş icraçı-direktoru bu gün “Hilton” otelində mətbuat konfransı keçirib.

O bildirib ki, Avropa Oyunlarının baş tutmasında böyük əməyi olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki dövlət başçısı tərəfindən qəbul olunub: “Ölkə prezidenti İlham Əliyev Patrik Hikkini qəbul edib. Bu Oyunların keçirilməsində Patrik Hikinin əməyi böyükdü. Bu sevinci Avropaya o bağışlayıb. Cənab prezident 70 yaşı tamam olması münasibətilə onu “Şərəf” ordeni ilə təqdim edib. Onu ürəkdən təbrik edirəm”.

Nazirin sözlərinə görə, Oyunlara marağı artırmaq üçün işlər yüksək səviyyədə təşkil edilib: “İkinci və ya üçüncü Avropa Oyunlarında belə yüksək təşkilatçılıq gözləmirəm. Bəlkə həmin vaxt heç belə açılış mərasimi olmadı. Avropalı idmançılar rahat yatırlar, yeyirlər, yarışlara vaxtlı-vaxtında gətirilirlər. Onlar da əzmkarlıqla iştirak edib, medal qazanmalıdırlar. İstərdim ki, gələcəkdə Oyunlarda dünya rekordu qırılsın”.

Rəhimov qeyd edib ki, idmanın siyasiləşməsinin əleyhinədi: “Bu, çox neqativ haldı. İstəmərəm ki, siyasət idman qarışsın”.

Nazir bildirib ki, Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlar müxtəlif tədbirlər keçirirlər: “Teatrlar, maraqlı sərgilər, tamaşalar görə bilərsiniz. Həmçinin Mədəniyyət Nazirliyi açıq səma altında kiçik konsertlər keçirir. Oyunlardan əvvəl baxanda görürdük ki, cədvəl sıxdı. Amma insanlar bunlara da maraq göstərirlər”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30