8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

“Bakı-2015”: 4 qızılın hamısı Rusiyaya gedə bilər

Rusiyanın “Bakı 2015”də sinxron üzgüçülük yarışlarında üstünlüyü ələ alacağı əvvəlcədən bəlli idi. Futbolxeber.az-ın məlumatına görə, ruslar 2000-ci ildən etibarən bu idman növü üzrə keçirilən yarışlarda təklif olunan hər bir Olimpiya qızıl medalının sahibi olublar. Onlar Bakı Su İdmanı Mərkəzində bir daha nümayiş etdiriblər ki, öz üstünlüklərini saxlamaq üçün gözəl perspektivi olan yeniyetmələrə böyük ümid bəsləyirlər.

Bazar günü onların nümayiş etdirdiyi çıxış çox yaddaqalan olub. Belə ki, doqquz rusiyalı oyunçu ilk onluğun yuxarı pilləsində dayanıb. Çox güman ki, iyunun 15-16-da keçiriləcək final yarışlarında Rusiya mümkün dörd qızılın hamısını ələ keçirəcək.

"Ruslar daha gözəl oyun nümayiş etdirmək sorağındadırlar", deyə almaniyalı məşqçi Stefani Marks bildirir. "Digər ölkələrin komandaları da bu pilləyə gəlib çatmağa çalışırlar, lakin hələ heç kim bu səviyyəyə gəlib çatmayıb".

İspaniyalı məşqçi Ana Paçeko Montero Rusiya komandasını izləyərkən son dərəcə həyəcanlı olduqlarını etiraf edir: "Lakin sözün əsl mənasında, sadəcə ruslar yox, insana xoş təsir bağışlayan çoxlu gözəl simalar var".

Parlaq ulduz, gənclər arasında dünya çempionu Anisya Neborakonun rəhbərlik etdiyi rusiyalı idmançılar haqqında danışmayan yeganə xalq elə rusların özləridir. Onlar öz çıxışlarının hətta finaldan sonra da söhbət mövzusuna çevrilməsinə imkan verirlər (baku2015.com).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30