29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Bakı-2015”də mübarizə aparacaq Azərbaycan güləşçiləri müəyyənləşib

“Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan güləşçilərinin iyunun 8-də mətbuat üçün açıq məşqi təşkil olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Oyunlarda mübarizə aparacaq heyəti açıqlayıb.

Semyon Çterevin baş məşqçisi olduğu qadın güləşi üzrə yığma komandamızın heyətində Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Natalya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) yer alıblar.

Yunan-Roma güləşi yarışlarında baş məşqçi Cəmşid Xeyrəbadinin rəhbərliyi altında Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabahi Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudov isə Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) şans verib.

Sonra Namiq Əliyev güləşçilərə uğurlar arzulayıb, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasını tarixi hadisə kimi dəyərləndirib və idmançılarımızın əsas hədəflərindən danışıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31