29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Bakı-2015”: Paytaxtda məşəli İlham Əliyev qəbul etdi

Bu gün I Avropa Oyunlarının məşəli Bakıya gətirilib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Məşəl Neft Daşlarından Bakıya katerlə gətirilib.

Dövlət başçısı məşəllə addımlayarkən, Dənizkənarı Milli Parka toplaşanlar onu “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan prezidenti I Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli aprelin 26-da “Atəşgah”da alovlandırılıb. Azərbaycanın 60 rayonunu dolaşdırılan məşəl bu gün Bakıya gətirilib.

Məşəl iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilən Bakı Olimpiya Stadionuna gətiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31