29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

İstanbulda “Bakı-2015”ə dəstək məqsədilə görüş keçirilib

İstanbulda “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə görüş keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Türk Dünyası Araşdırmalar Vəqfində Azərbaycanın İstanbuldakı baş konsulluğunun iştirakı ilə təşkil olunan görüşə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Bolqarıstan Türkləri Mədəniyyət Dərnəyinin, Ural Təhsil Mədəniyyəti və Strateji Araşdırmalar Dərnəyi və digər QHT-lərin təmsilçiləri və KİV nümayəndələri qatılıblar.

Görüşdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin vəziyyəti, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə məlumat verilib. İştirakçılara “Bakı-2015” haqqında əyani vəsaitlər təqdim edilib.

Çıxış edənlər Bakının birinci Avropa Oyunlarına ev sahibi etməsinin Azərbaycanın sürətli inkişafı ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu mötəbər yarışın Bakıda keçirilməsi bütün türk dünyası tərəfindən böyük rəğbətlə qarşılanır.

Əminliklə qeyd olunub ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək dünyada idmanın inkişafına böyük töhfə verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31