9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Bakı-2015”: Məşəl İçərişəhərə də səyahət edəcək

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli iyunun 12-də keçiriləcək açılış mərasimində Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Bakı şəhərində, o cümlədən İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Bakı-2015”in məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən qala divarları yaxınlığından başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı karvansaralarının yaxınlığından keçərək Qız qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyun ayının 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Məşəl iyunun 11-də Qız qalasından götürülərək iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına gətiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30