29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Almaniyada “Bakı-2015”in daha bir təqdimatı olub

Türingiyanın (Almaniya) Azərbaycanlı Gənclər Assosiasiyası Yena şəhərində “Azərbaycan - Odlar Yurdu” adlı təqdimat keçirib. Futbolxeber.az-ın məlumatına görə, assosiasiyadan “Azərtac”a bildiriblər ki, Yena Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə 100-dən çox yerli və əcnəbi tələbə, şəhər sakini iştirak edib. Təqdimatda Azərbaycanın tarixi, coğrafiyası, qədim mədəniyyəti, zəngin musiqi irsi haqqında ətraflı məlumat verilib, birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə birinci Avropa Oyunlarına hazırlıq haqqında videoçarx nümayiş etdirilib. Türingiyanın Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan, Almaniya və digər ölkələrdən olan bir qrup gənc üstündə birinci Avropa Oyunlarının loqotipi təsviri olunmuş maykalarda tədbirə qoşulublar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31