8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

"Bakı-2015”: Məşəl Şabranda

Birinci Avropa Oyunlarının məşəli iyunun 4-də Şabrana gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl Şabran şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Məşəl əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul olunub. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca 2 min 400 metr məsafə qət ediblər. Sonuncu məşəlçi, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Şabranlılar məşəlin alovlandırılmasını böyük coşqu ilə qarşılayıblar.

Şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirilib.

Bununla da Şabran birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi olub.

Qarşılanma mərasiminin iştirakçısı, “Şabran” qəzetinin baş redaktoru Çingiz Məmmədov AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini çox yüksək nailiyyət kimi qiymətləndirib: “Odlar yurdu Azərbaycan böyük bir təntənə yaşayır. Birinci Avropa Oyunlarının məşəli Vətənimizi qarış-qarış gəzir. Xalqımız bu möhtəşəm idman bayramını böyük coşqu və sevinclə qarşılayır. Belə bir mötəbər yarışın keçirilməsi üçün namizədlər arasından ölkəmizin seçilməsi böyük uğurdur. Sevindirici haldır ki, məşəlin alovlandırıldığı rayonlar arasında qədim tarixə malik Şabran da var. Biz şabranlılar birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yekdilliklə dəstəkləyir və idmançılarımızdan qələbələr gözləyirik”.

Şabranlı gənc Nurlanə Hacıyeva isə birinci Avropa Oyunlarının ölkəmizə turistlərin cəlb olunması üçün əla imkanlar yaratdığını bildirib: “Təkcə Avropadan deyil, bütün dünya ölkələrindən bu mötəbər yarışı izləməyə gələcəklər. Turistlər Bakını gəzəcək, regionlarımıza səfər edəcəklər. Bu, ölkəmizin tanıdılması baxımından əla fürsətdir. Yarışlara gəlincə, mən gimnastlarımızı maraqla seyr edəcəm. Onların yüksək səviyyədə çıxış edəcəyinə inamım böyükdür. Onlarla yanaşı, bütün təmsilçilərimizə uğurlar arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30