9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazandı

Azərbaycan idmançıları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Hanna Skidan gələn il baş tutacaq mötəbər yarışda çıxış etmək hüququ əldə edib.

 23 yaşlı xanım idmançımız atletikanın çəkicatma növündə olimpiya lisenziyasına sahib çıxıb. Hanna buna Moldovanın açıq çempionatında nail olub. O, çəkici 72,31 metr məsafəyə atmaqla olimpiya normativini yerinə yetirib.

Moldovada 2-ci olan Skidan Braziliyada çıxış etmək üçün lisenziya qazanan 3-cü idmançımız olub. Bunadək digər atletimiz, kişilərin çəkicatma yarışında uğur qazanan Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) lisenziya əldə edib.

Qeyd edək ki, Skidan 2012-ci ildə Londonda keçirilən Olimpiadada da çıxış edib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30