8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və “Trend” İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşitsı” ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində bayram yürüşü zamanı paytaxt sakinlərinə və qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında da bayram yürüşü təşkil olunub. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, respublikamız ilk Avropa Oyunlarına ev sahibliyi etməklə bir daha idman ölkəsi olduğunu sübut etdi. O qeyd edib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

“Trend” İnformasiya Agentliyi baş redaktorunun müavini, “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: “Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq”.

Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30