8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Xorvatiyanı “Bakı-2015”də atıcılıqda 12 idmançı təmsil edəcək

“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarında Xorvatiyanı təmsil edəcək idmançıların adları açıqlanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Xorvatiyanı atıcılıq yarışlarında Maşa Beriç, Boyan Durkoviç, Anton Qlasnoviç, Josip Qlasnoviç, Petar Qorşa, Mariya Maroviç, Snejana Peyçiç, Tanja Perec, Vlatka Pervan, Jeljko Posaveç, Saşa Şpirelya, İvika Ştritof təmsil edəcəklər.

Oyunlar zamanı Xorvatiyanın bayrağını daşıyacaq Snejana Peyçiç 10 metr məsafədən tüfənglə havaya atəş yarışında “London-2012” Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizədə qalib gəlib. O, həmçinin 2014-cü ildə 50 metr məsafəyə tüfənglə atəş açma (3 vəziyyətdə) yarışında dünya çempionatının gümüş medalını qazanıb.

S.Peyçiç Azərbaycana gələcək Xorvatiya atıcılıq komandasının əsas idmançılarından biridir. Anton və Yosip Qlasnoviçlər də “London-2012” Olimpiya Oyunlarının iştirakçıları olublar. Anton Qlasnoviç səngər stendi üzrə 2013-cü ildə keçirilmiş dünya çempionatında gümüş medal qazanıb. Josip Qlasnoviç isə eyni növdə 2013-cü ildə Avropa çempionu olub. Bundan başqa, Petar Qorşa “Pekin-2008” və “London-2012” Olimpiya Oyunlarında iştirak edib. Boyan Durkoviç isə “London-2012” Olimpiya Oyunlarında mübarizə aparıb.

Birinci Avropa Oyunlarının atıcılıq yarışları iyunun 16-dan 22-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30