Digər idman növləri
Naxçıvanda “Bakı-2015”ə dəstək spartakiadasına start verilib
Mayın 25-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək spartakiadasına start verilib. Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən spartakiada yüngül atletika, şahmat, basketbol və stolüstü tennis idman növlərini əhatə edir.
Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiiyi məlumata görə, spartakiadanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və idman naziri Azad Cabbarov idman yarışının iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
Azad Cabbarov qeyd edib ki, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayonlarında idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Məhz bütün bu faktları - idmançılarımızın qazandığı nailiyyətləri, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin sürətli iqtisadi inkişafını nəzərə alan Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verib.
Muxtar respublikada idmanın inkişafından danışan nazir deyib ki, artıq Naxçıvanda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilməkdədir. Bu da təsadüfi deyil. Belə ki, 2015-ci il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrasına əsasən, yeniyetmə və gənc qızların, fiziki sağlamlığı məhdud insanların idmana cəlbi istiqamətində ardıcıl işlər görülüb. Bədii gimnastika bölməsi yaradılıb, müxtəlif idman növləri üzrə bölmələrə yeniyetmə və gənclərin cəlb olunmasında artım müşahidə edilib.
Təhsilə və idmana göstərilən dövlət qayğısından danışan Naxçıvan Muxtar Respublikası Təhsil naziri Piri Nağıyev bildirib ki, bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikada müasir dövrün tələblərinə uyğun həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin, eləcə də idmanın inkişafı daim diqqətdə saxlanılır. Son 10 ildə 150-dən çox müasir tipli, hər cür maddi-texniki bazaya malik, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmin məktəblər idman zalları və açıq idman qurğuları ilə təchiz ediliblər. Bu, muxtar respublikada uşaq və gənclərə göstərilən qayğının bariz nümunəsidir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar muxtar respublikada bu il aprel və may ayları ərzində müxtəlif idman federasiyaları ilə birgə idmanın bir sıra növləri üzrə yarışlar keçirilib. Ənənəvi olaraq keçirilən həmin yarışlarda muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Bununla yanaşı, Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar mayın 1-dən 10-dək keçirilən “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 13 ölkənin şahmatçıları ilə yanaşı, muxtar respublikanın 80 məktəblisi də iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd etdi ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana qayğı siyasəti bu gün uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, respublikamızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı təmin olunub, bu sahədə zəngin qanunvericilik bazası və infrastruktur yaradılıb. Azərbaycan idmançıları hər il beynəlxalq yarışlarda, olimpiya oyunlarında daha böyük nailiyyətlər qazanırlar. Bu il ölkəmizin “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də, Azərbaycanın dünyada qazandığı idman nüfuzunun nəticəsidir.
“Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında artıq gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıbdır. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar”, - deyən Rəhman Məmmədov qeyd etdi ki, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada çoxsaylı beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti istifadəyə verilib, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zalları yaradılıbdır.
Sonra Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək bildirdilər ki, muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Naxçıvanda aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Bədii gimnastika bölməsinin idmançılarının nümunəvi çıxışları oldu. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Sonra idman yarışlarına start verilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi