9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Bakı-2015”in idman elçisi: “Hər dəfə məşq zamanı daha yaxşı nəticə göstərməyə çalışıram”

“Ötən il Avropa çempionatında Azərbaycanı təmsil etmək mənim üçün qürurverici idi”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri birinci Avropa Oyunlarının idman elçisi, velosipedçi Elgün Əlizadə deyib.

Velosiped idmanı ilə yeddi ildir məşğul olduğunu vurğulayan Elgün Əlizadə deyib ki, bu müddət ərzində gənclər arasında Azərbaycan və Bakı çempionu titullarını qazanmışam. Bundan başqa, ötən il qitə çempionatında 12-ci yeri tutmuşam və ən yüksək nəticəmə nail olmuşam.

İsveçrəli velosipedçi Fabian Kançelaranın azarkeşi olduğunu bildirən “Bakı-2015”in elçisi deyib: “Məşqlərdə hər dəfə daha yaxşı nəticə göstərməyə çalışıram. İdmanın triatlon növü mənim üçün çox maraqlıdır. Çünki burada peşəkar velosipedçi üçün lazım olan üzgüçülük və qaçış da var. Dayanmadan bir neçə saat velosiped sürmək olduqca çətindir. Ancaq artıq buna öyrəşmişəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30