29 May 2024, Çərşənbə
Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Digər idman növləri

"Avropa Oyunları Azərbaycan üçün böyük irəliləyişdir"

Avropa Oyunları Azərbaycan üçün böyük irəliləyişdir. Bu, öz imkanlarını, inkişafını, yaradılmış idman qurğularını dünyaya göstərmək üçün bir fürsətdir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri Polşada press-turda iştirak edən azərbaycanlı jurnalistlərə Krakov şəhəri merinin idman məsələləri üzrə müşaviri Yanuş Kozel söyləyib.

O deyib: ”Bakı–2015” Avropa Oyunları Azərbaycana öz tarixini, mədəniyyətini, imkanlarını və milli mətbəxini nümayiş etdirməyə də gözəl imkan yaradır”. Bakıda olduğunu xatırladan Y.Kozel bildirib ki, Azərbaycan mətbəxinə heyrandır. Meriya nümayəndəsinin fikrincə, idman oyunları insanların, xüsusən də gənclərin, ölkələrin yaxınlaşması, biznes strukturları ilə əlaqələr yaradılması üçün yaxşı vasitədir.

Meriya nümayəndəsi Krakovun idman həyatından, şəhərdə nəzərdə tutulan yarışlardan, o cümlədən 2017-ci ilin may ayında keçiriləcək gənclər arasında futbol üzrə Avropa çempionatından söz açıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31