10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Digər idman növləri

“Xəzər adaları” dağılmır, UEFA kubokunda da özümüz oynayacağıq”

Futzal üzrə ölkə çempionu adını qazanan “Xəzər adaları”nın baş məşqçisi Elnur Qəmbərov komandasının dağılacağı, UEFA kubokunda ölkəmizi çempionatın gümüş mükafatçısı “Fənər”in təmsil edəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib. Gənc mütəxəssis Futbolxeber.az saytına verdiyi açıqlamada deyilənlərin yalan olduğunu vurğulayıb: “Dünən “Avesta” şirkətində komandayla görüş oldu. Görüş zamanı legionerlərin bilet məsələsinə aydınlıq gəldi. Komanda üzvlərinə deyildi ki, ayın 22-si üçün onların biletləri alınacaq. Həmçinin oyunçuların minimum 1 aylıq maaşları gedənə kimi ödəniləcək. Komandanın dağılacağı haqda xəbərlər boş söhbətlərdi. Belə xəbərlərə inanmayın. UEFA kubokunda elə “Xəzər adaları” oynayacaq”.

Elnur Qəmbərov mətbuat nümayəndələrinə də müraciət edib: “İstərdim ki, sualı olanlar mənə müraciət etsinlər. Bəzi oyunçularla da danışmışam. Hər şey qaydasındadır. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, hər hansı bir məlumatı əldə etdikdə, klubdan dəqiqləşdirib, sonra yazsınlar. Gündə bir xəbər eşidirəm. Gah deyirlər k, legionerlər hücum çəkirlər, gah da deyirlər ki, oyunçular səfirliyə şikayət edəcək. Amma bütün bunlar yalandır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30