Digər idman növləri
“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın qazandığı uğurların qanunauyğun nəticəsidir”
RF Federal Məclisinin mətbu orqanı olan “Parlamentskaya qazeta” nəşrində “Bakı - 2015” birinci Avropa Oyunlarına həsr edilmiş “Olimpiya Bakısının rekordları” sərlövhəli məqalə dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalədə deyilir ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın qazandığı uğurların qanunauyğun nəticəsidir: “Qərar qəbul edilən andan Azərbaycan hökumətinin sərəncamında iki ildən bir qədər artıq minimum vaxt, daha dəqiq desək, cəmi 700 gün olub. Bu dərəcədə irimiqyaslı və tarixdə ilk belə idman layihəsini həyata keçirmək üçün bu, olduqca kiçik müddətdir. Məsələn, “böyük” Olimpiya Oyunlarına hazırlaşmaq üçün onu qəbul edən ölkəyə adətən azı yeddi il vaxt verilir”.
“Parlamentskaya qazeta” yazır ki, bu gün Azərbaycan bütün idmançıları, rəsmi və qeyri-rəsmi qonaqları ən rahat yaşayış şəraiti və mükəmməl idman strukturu ilə təmin etməyə hazırdır. Məqalədə deyilir: “Etiraf etmək lazımdır ki, ilk günlər bir çox ekspertlər bu möhtəşəm layihənin həqiqətən həyata keçiriləcəyinə şübhə ilə yanaşıblar. Özü də təkcə vaxt qıtlığı səbəbindən deyil. Hələlik idman dünyasında lazımi informasiya dəstəyi olmayan və əhəmiyyət kəsb etməyən bu Oyunları öz üzərinə götürməyə hətta Avropa İttifaqının üzvü olan çox az sayda ölkə cəsarət edərdi. Bakı özündə bu cəsarəti tapdı”.
Qəzet Bakıda inşa edilmiş və təmir olunmuş iri idman obyektləri barədə məlumatlar təqdim edərək yazır: “Bütün obyektiv çətinliklərə baxmayaraq, Azərbaycan ən yüksək səviyyədə hazırlaşa bildi və bu, dövlət başçısı İlham Əliyevin sarsılmaz iradəsi sayəsində mümkün oldu. Onun ən mürəkkəb, bəzən mümkünsüz görünən məsələləri operativ həll etmək, insanları öz arxasınca aparmaq bacarığı ölkənin üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməsinin əsas amilləri olub. Olimpiya Oyunlarının bu yeni formasını ilk dəfə təşkil edən bir ölkə kimi Azərbaycanın qarşısında duran əsas məsələ bu Oyunlara lazımi stimul verməkdir. Oyunlar azarkeşlər üçün yaddaqalan olmalı, idman dünyasında əlamətdar və mötəbər hadisəyə çevrilməlidir. Artıq bu tədbirə olduqca böyük diqqət yetirilir: dünyanın 57 ölkəsindən 1500 jurnalist akkreditə olunub”.
Qəzet daha sonra yazır: “Birinci Avropa Oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu vəzifənin həyata keçirilməsində rolu son dərəcə əhəmiyyətlidir. Heydər Əliyev Fondunun prezidenti vəzifəsində göstərdiyi rəhbərlik istedadı, işləmək əzmi, müasir dünya mədəniyyətinə dair dərin bilikləri, incə zövqü daim diqqət tələb edən çox möhtəşəm vəzifələrin həllində lap yerinə düşüb. O, məsləkdaşları ilə birlikdə Azərbaycanın klassik memarlıq ənənələrinin ultramüasir arxitektura dizaynı nümunələri ilə sintezinə dair orijinal layihələr həyata keçirə bilib.
Müəllifin fikrincə, bütövlükdə şəhərin Oyunlar üçün hazır vəziyyətə gətirilməsi Azərbaycan xalqının qəlbinin hərarətinin təcəssümüdür, azərbaycanlıların paytaxta məhəbbətindən xəbər verir, tapşırılmış işə görə məsuliyyət hissini nümayiş etdirir. Bütövlükdə Avropanın bir sıra paytaxtlarında, o cümlədən Moskvada bilavasitə Mehriban Əliyevanın iştirakı ilə “Bakı – 2015” birinci Avropa Oyunlarının təqdimatı uğurla keçib. Bir sözlə, Mehriban xanımın bəyan etdiyi kimi: “Burada sizi çoxsaylı sürprizlər gözləyir!”
Ölkənin seçimində müəyyənedici rol oynayan amillərdən söz açan qəzet Azərbaycan xalqının tolerantlığını və dözümlülüyünü önə çəkərək yazır: “Azərbaycandan həm də qlobal geosiyasi kəsişmələrdə yerləşən, ən kəskin fazalarında “sivilizasiyalararası münaqişələrdən” kənarda qalmağı bacaran nadir dövlət kimi danışırlar. Siyasi sabitlik və xarici sarsıntılara davam gətirmək amili də Avropa Oyunlarının paytaxtı qismində Bakının seçilməsinə təsir göstərən əhəmiyyətli element olub”.
Qəzet daha sonra yazır: “Bugünkü Azərbaycan regionun aparıcı, ən nüfuzlu və iqtisadi inkişaf baxımından firavan ölkəsinə çevrilib. Ölkə Cənubi Qafqaz üzrə ümumi daxili məhsulun dörddə üç hissəsini istehsal edir. Şəksiz ki, bugünkü uğurların əsası hələ 1990-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və artıq 10 ildən çoxdur ki, ölkənin indiki Prezidenti İlham Əliyevin bacarıqlı daxili və xarici siyasəti ilə uğurla davam etdirilir. Bugünkü maliyyə imkanları respublikaya təkcə Cənubi Qafqazda ən iri sənaye və infrastruktur layihələrini həyata keçirməyə deyil, həm də yüksək səviyyəli belə yarışların tələblərinə cavab verən idman infrastrukturu yaratmağa imkan verib.
Müəllifin fikrincə, etimad doğuran iqtisadi və siyasi komponentlər, geniş geosiyasi məkanda müxtəlif tərəfdaşlarla yaxşı hesablanmış taktiki gedişlərin nümayiş etdirilməsi, çoxmilyardlı müqavilələrin dəqiq icrası Azərbaycanın etibarlı dövlət imicini formalaşdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif vurğulayıb ki, qədim Olimpiya ənənələrinə görə, Oyunların keçirildiyi günlər bütün müharibələr dayanır. Azərbaycan bu prinsiplərə sadiqdir. Məqalədə deyilir: “Ermənistanla hərbi münaqişə vəziyyətində olmağına baxmayaraq, Azərbaycan Avropa və dünya idmanı bayramında erməni idmançıların iştirak etməsinin əleyhinə deyil. İş elə gətirib ki, Yerevanın Qarabağ problemini doğuran əsassız ərazi iddiaları, daha sonra Azərbaycan torpaqlarına təcavüz etməsi bu ölkəni transmilli layihələrdən kənarda qoyub. Bu səbəbdən Ermənistan mürəkkəb iqtisadi və çətin sosial duruma düşüb”.
Müəllif sonda yazır: “Birinci Avropa Oyunlarına bütün ölkə hazırlaşır. Sevindirici haldır ki, indi Bakı Avropa tarixinin yazılmasında iştirak edir. Axı, birinci Avropa Oyunları öz başlanğıcını Bakıdan götürür”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
10:22
Elmar Baxşıyev “Araz-Naxçıvan”la yeni müqavilə imzaladı
-
10:04
Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
-
09:45
Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”
-
09:31
Azərbaycanın daha bir idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
22:55
"Qəbələ"nin müdafiəçisi əməliyyat olundu
-
20:41
“Turan Tovuz” Ayxan Abbasovla yollarını ayırdı
-
17:16
"Səbail"də ilk ayrılıq yaşandı
-
17:02
Çerçesov: "Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar"
-
16:24
“Qarabağ” - “Zirə” finalına doğru: 37-ci matç
-
15:57
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
-
15:19
Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO